ABŞ kəşfiyyatı 500 UNO ilə bağlı məlumat alıb

2023-01-13 15:14:00

ABŞ kəşfiyyatı 500 UNO ilə bağlı məlumat alıb

Hurriyyet.az xəbər verir ki, 2022-ci ilin avqustundan bəri Birləşmiş Ştatların ərazisində 500 ədədə qədər uçan naməlum obyekt (UNO) aşkar edilməsi halı qeydə alınıb. Bu barədə məlumat ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin hesabatında verilib. Hesabata görə, bu halların yarıdan çoxu heç nəyə bənzədilməyib. Onlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “hava şarları, yaxud da hava şarına bənzəyən obyektlər” kimi qeydə alınıb.

Məlumatların bir neçəsi quşlarla, hava hadisələri, yaxud da havaya qalxmış plastik paket kimi tullantılarla bağlı olub.

Lakin ABŞ hökuməti 171 hadisənin izahını tapıb aydınlaşdıra bilməyib.

Məlumatların əksəriyyəti ABŞ hərbi donanması və hərbi aviasiyasının əməkdaşları tərəfindən qeydə alınıb.

Nə olduğu anlaşılmayan uçan naməlum obyektlərin başqa planetlərdən gəlməsindən çox, başqa dövlətlərin naməlum casusluq imkanları olması ehtimal edilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164660