ABŞ İranla münasibətləri yumşaltmağa çalışır

2022-08-23 14:17:00

ABŞ İranla münasibətləri yumşaltmağa çalışır

İran SEPAH-ın adının terror qrupları siyahısından çıxarılması şərtindən imtina edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün mətbuat konfransında deyib.

Ned Prays bildirib ki, “İranın SEPAH-ı terrorçu təşkilatları siyahısından çıxarmaq kimi bəzi maneəçilik tələblərindən əl çəkməsi faktı Amerikanı ruhlandırır”. O əlavə edib ki, hələ də həll edilməli olan məsələlər qalmaqdadır. Biz daxildə və yaxın müttəfiqlərimizlə məsləhətləşmələrimiz yekunlaşan kimi İranın təklifinə cavab verəcəyik”.

P.S. İranla ABŞ arasında cərəyan edən hadisələrdən belə qənaət hasil olur ki, ABŞ İranla münasibətləri yumşaltmanın, Rusiya enerji resurslarını İran resursları ilə əvəzləmənin, həmçinin onu Türkiyənin qarşısına dikmənin yollarını axtarır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067030