ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır
2024-04-17 10:17:50
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Birləşmiş Ştatların yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Yeni sanksiyalar raket və dron istehsalına qarşı yönələcək.
Bu barədə açıqlamanı Ağ Evin mətbuat xidməti verib.
Prezident Co Baydenin köməkçisi Vaşinqtonun ardınca ABŞ-ın müttəfiqlərinin və tərəfdaşlarının da İrana qarşı sanksiyalar tətbiq edəcəklərinə ümidvar olduğunu bildirib. O, Tehrana təzyiqlərin davam edəcəyini vurğulayıb.
Hürr Tərcüman