Saat:19:39
Haqqımızda

"ABŞ İrana hücum edərsə..." - Moskvadan açıqlama

2025-04-08 17:25:41

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ İrana hücum edərsə, Moskva Tehrana kömək etməyəcək.
Bu barədə RF Xarici İşlər Nazirliyindən məlumat verilib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Dövlət Dumasında çıxış edərkən bildirib ki, RF ilə İran arasında hərtərəfli strateji əməkdaşlıq sazişi hərbi ittifaq barəsində müqavilə demək deyil. Rudenko deyib: "Ona görə də belə bir ssenaridə (İran-ABŞ hərbi münaqişəsində - red.) Rusiya hərbi yardım göstərməyə borclu deyil".
Bu gün Rusiya Dövlət Dumasının plenar iclasında RF ilə İran arasında hərtərəfli strateji əməkdaşlıq barəsində müqavilə ratifikasiya olunub. 
Sənəd İran Prezidenti Məsud Pezeşkianın yanvar ayında Rusiyaya səfəri zamanı imzalanmışdı.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208521