Saat:12:05
Haqqımızda

ABŞ-İran yaxınlaşması - TRAMPIN TƏMSİLÇİSİ TEHRANA GEDƏ BİLƏR

2025-04-09 11:02:30

ABŞ-İran yaxınlaşması - TRAMPIN TƏMSİLÇİSİ TEHRANA GEDƏ BİLƏR

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla  xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff dəvət ediləcəyi təqdirdə məşvərət üçün Tehrana gedə bilər.
Bu barədə "Vaşinqton Post" nəşri ABŞ Prezidenti administrasiyasındakı mənbələrə istinadla məlumat verib. Qəzetin yazdığına görə, aprelin 12-də Omanda keçiriləcək ABŞ-İran danışıqları birbaşa olmayacaqsa, ABŞ Prezidentinin xüsusi təmsilçisi ora getməyə də bilər. Mənbənin nəşrə verdiyi məlumata görə, Viitkoff İranı birbaşa danışıqlara çağıran ismarıc göndərib.
Bəlli olduğu kimi, şənbə günü Omanda keçiriləcək məsləhətləşmərdə İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi təmsilçisi Stiven Vitkoff iştirak edəcəklər.
Hürr Tərcüman