Saat:02:05
Haqqımızda

ABŞ İran hərbi qüvvələrinə zərbələr endirə bilər

2024-02-02 00:15:46

ABŞ İran hərbi qüvvələrinə zərbələr endirə bilər

ABŞ İraqla Suriyadakı İran hədəflərinə və hərbi qüvvələrinə zərbələr endirə bilər.

Hurriyyet.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Amerika rəsmiləri yerli KİV-ə məlumat veriblər.

Bildirilib ki, ABŞ-nin İraq və Suriyada bir çox hədəflərə, o cümlədən İranın şəxsi heyəti və obyektlərinə qarşı hava şəraitinə uyğun bir neçə gün zərbələr endirmək planı artıq təsdiqlənib.

Rəsmilər CBS-ə bildiriblər ki, zərbələrin vaxtını əsasən hava şəraiti müəyyən edəcək, çünki Vaşinqton hədəfləri vurarkən təsadüfən mülki şəxslərə dəyməməsinə əmin olmaq üçün aydın səma istəyir.

Qeyd olunub ki, zərbələr İranın dəstəklədiyi qruplaşma tərəfindən keçən həftə sonu İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olmuş pilotsuz uçuş aparatlarının hücumuna cavab vermək məqsədi daşıyır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR