ABŞ-ın yüksək rütbəli generalından AÇIQLAMA: İran nüvə bombası əldə etməyə çox yaxındır, diplomatiya uğursuz olarsa...

2021-11-25 13:42:00

ABŞ-ın yüksək rütbəli generalından AÇIQLAMA: İran nüvə bombası əldə etməyə çox yaxındır, diplomatiya uğursuz olarsa...

ABŞ-ın yüksək rütbəli generalı deyib ki, İran çox qısa müddətdə nüvə silahı yaratmaq imkanlarına sahibdir və diplomatik səylər uğursuz olarsa ABŞ ordusu bunun qarşısını almaq üçün başqa variantlara hazırdır. Söhbət ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet Makkenzidən gedir.

Belə ki,  general Kennet Makkenzi çərşənbə günü "TIME" jurnalına verdiyi açıqlamada, "Bizim prezident İranın nüvə silahına sahib olmayacağını söylədi" dedi. “Diplomatlar bu məsələdə liderdirlik edirlər, lakin Mərkəzi Komandanlığın hər zaman müxtəlif planları var ki, lazımi məqamda biz onları həyata keçirə bilərik”, deyə Makkenzi ifadə edib. 
Digər ABŞ rəsmiləri son günlərdə İranı nüvə sazişinə qaytarmaq səyləri uğursuz olarsa, “digər variantlardan” danışsalar da, Makkenzi hələlik hərbi variantı dilə gətirməyib. O deyib ki, Tehran hazırda faktiki döyüş başlığı yaratmaq qərarına gəlməyib, lakin özünü çox qısa müddətdə bunu edə biləcək mövqeyə gətirib.

Ülviyyə, Hurriyyet.az