ABŞ-ın yeni Qara dəniz strategiyası: Türkiyənin bunda rolu nədir?

2022-12-28 16:04:00

ABŞ-ın yeni Qara dəniz strategiyası: Türkiyənin bunda rolu nədir?

ABŞ Konqresi 2023-cü il üçün Qara dəniz regionu üzrə Birləşmiş Ştatların Strategiyasını hazırlayıb. Bu strategiyanın əsasını Rumıniya ilə əlaqələr təşkil edir.

Qara dəniz regionu son iki onillikdə Rumıniyanın xarici siyasətinin diqqət mərkəzində olub. Buxarest regional liderlik arzusundadır və Qərbin ona həvalə etdiyi iki əsas strateji vəzifəni yerinə yetirməyə çalışır -Qara dənizdə Rusiyaya qarşı mübarizə aparmaq və Moskva-Belqrad geosiyasi oxunun  yaranmasının qarşısını almaq.
Slavyan dövlətləri, xüsusilə Serbiya, rumınlar tərəfindən həmişə Balkanlarda regional liderlik uğrunda mübarizədə potensial rəqiblər kimi qəbul edilib. Qara dəniz regionunda Buxarestin əsas rəqibi Rusiyadır. Obyektiv olaraq Rumıniyanın güclənməsi Türkiyədən narazı salacaq, amma bir nüans var.
NATO ABŞ və Britaniya hərbi gəmilərinin Qara dənizə keçidini təmin etmək və Rusiya üçün yeni gərginlik ocağı yaratmaq istyindədir. Bu, Bosfor və Dardanel boğazlarında nəqliyyatın hərəkətini tənzimləyən Montrö Konvensiyasına yenidən baxılmasına və hətta ləğvinə səbəb ola bilər. Ağ Ev yeni strategiyanı qəbul etməklə Ankaraya Ukrayna böhranında qeyri-müəyyən mövqeyindən və Ərdoğanın balans siyasətindən o qədər də məmnun olmadığına dair siqnal göndərir. ABŞ Rumıniyanı nəinki perspektivli müttəfiqi adlandırır, həm də bu baxımdan Rumıniya iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırmağa hazırdır ki, bu da türklərə ABŞ-la əməkdaşlığın vacibliyini nümayiş etdirməlidir. Rumıniya ilə əməkdaşlıq həm də Türkiyəni Yunanıstan-Türkiyə mübahisəsində daha az əlverişli mövqeyə qoyur: Buxarestə "stavka edən" amerikalılar ona qarşı daha sərt mövqe tuta bilər.
Görünür, Ankara amerikalıların “rumın manevrlərini” narahatlıqla izləyir. Türkiyə 1952-ci ildə NATO-ya qoşulandan bəri ABŞ ilə müttəfiqdir. NATO üzvü kimi Türkiyə Soyuq Müharibə dövründə və ondan sonra alyansın cənub-şərq cinahının təhlükəsizliyinin təmin edilməsində, həmçinin NATO-nun Bosniya və Herseqovina, Kosovo və Əfqanıstandakı missiyalarında mühüm rol oynayıb. Təbii ki, Türkiyə rəhbərliyi Rumıniyanın Türkiyəni tamamilə əvəz edə bilməyəcəyinin fərqindədir: hərbi baxımdan Rumıniya ordusu Türkiyə ordusundan xeyli zəifdir. Bundan əlavə, boğazlar-Qara dənizin açarı Türkiyənin əlindədir. Bununla belə, türklər amerikalıları həddən artıq qıcıqlandırmağı təhlükəli hesab edirlər - Vaşinqton nümayiş etdirir ki, istəsə Qara dənizdə yeni hərbi bazalar yerləşdirmək baxımından türk müttəfiqlərini tamamilə olmasa da əhəmiyyətli dərəcədə rumınlarla əvəzləyə bilər. Rumıniya həm də NATO-nun Rusiya sərhədləri boyunca yerləşən "İntermarium"-sanitar dəhlizi" ilə bağlı planlarında mühüm yer tutur: Rumıniya-Polşa - Baltikyanı ölkələr.
Belə görünür ki, Ankara ABŞ-la diplomatik oyunları davam etdirməyə və NATO-da iştirakını mümkün qədər baha satmağa çalışacaq. Amma Türkiyə alyansla münasibətlərini kəskin şəkildə pisləşdirməyəcək - onun hələ ki, Qərbdən iqtisadi və texnoloji asılılığı həddən artıq böyükdür.
Rusiya tərəfi anlayır ki, Türkiyənin dərhal NATO ilə əlaqələrini kəsib Kremlin müttəfiqi olmasa da, Moskvaya dost neytral dövlətə çevriləcəyinə ümid etməsinin mənası yoxdur. Bundan başqa da ruslar anlamamış deyillər ki, NATO Qara dəniz regionunda mövqelərini gücləndirəcək və Türkiyə sonda müttəfiqlərinin yanında olacaq yaxud olmalıdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138997