"ABŞ-ın Ukraynaya silah tədarükü Rusiya ordusuna öldürücü təsir edəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Ukrayna verilən silahlardan uğurlu istifadə edərsə, Rusiya danışıqlar masasına oturacaq"
"ABŞ-ın Ukraynaya silah tədarükü hücum xarakterlidir və bu səbədən də Rusiya ordusuna öldürücü təsir edəcək". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
politoloq hesab edir ki, növbəti aylarda müharibənin yeni mərhələdə davam edəcəyinin şahidi olacağıq: "Fransa və İngiltərənin Ukraynaya məhdud sayda qoşun göndərməsi də mümkündür. Ukrayna verilən silahlardan uğurlu istifadə edərsə, Rusiya danışıqlar masasına oturacaq. Xüsusilə, Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar mümkün ola bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az