ABŞ-ın təmsilçisi: “İrana hərbi güc tətbiqini istisna etmirik”

2022-12-05 15:52:00

ABŞ-ın təmsilçisi: “İrana hərbi güc tətbiqini istisna etmirik”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli İrana qarşı hərbi qüvvə tətbiqinin istisna edilmədiyini bildirib. Bununla yanaşı, Melli Vaşinqtonun Tehranla nüvə proqramı üzrə razılaşmaya nail olmaq üçün diplomatik yola üstünlük verildiyini də söyləyib.

Melli “La Repubblica” nəşrinə müsahibəsində deyib: “Biz hərbi yol istəmirik, bu, bizim yolumuz deyil, bu, ABŞ Prezidenti Co Baydenin istədiyi deyil. Lakin əgər bütün qalan variantlar boşa çıxarsa, son yol hərbi yoldur. Prezident aydın bildirib: biz İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. İran isə həqiqətən də nüvə müqaviləsinə qayıtmaq istədiyini nümayiş etdirmir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155431