Saat:14:24
Haqqımızda

ABŞ-ın tanınmış neft şirkətinin törəməsinin yerli nümayəndəliyi ləğv olunur

2021-07-22 12:55:00

ABŞ-ın tanınmış neft şirkətinin törəməsinin yerli nümayəndəliyi ləğv olunur

ABŞ-ın tanınmış neft şirkəti - “Chevron”un Bakı-Tiblisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin inşası ilə bağlı yaratdığı "Şevron BTC Payplayn LTD." şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28,29,30 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Şevron BTC Payplayn LTD." 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR