ABŞ-ın Suriyadakı bazası atəşə tutuldu

Hurriyyet.az xəbər verir ki, (mərkəzi ofisi Livanın paytaxtı Beyrut şəhərində yerləşən) “Əl Məyadin” telekanalının məlumatına görə, “İraq islam müqaviməti” adlı şiə hərəkatının döyüşçüləri Suriyanın (kanal ilə eyni adlı – red.) Əl Məyadin şəhərinə endirilən aviazərbələrə cavab olaraq, ABŞ-ın Suriyanın Haseke vilayətinin cənubundakı Əş Şəddadı bazasını raket atəşinə tutublar.
Kanalbın verdiyi xəbərdə ABŞ-ın hərbi obyektinin ərazisində partlayışlar baş verdiyi bildirilir. Bu hücumun ABŞ HHQ-nin onların Deyr əz Zor vilayətinin şərqindəki düşərgələrinə hücumlarına cavab olduğu bəyan edilib.
Bazar günü ABŞ-ın Suriyanın Əl Cəbs neft yatağının yaxınlığında yerləşən Əş Şəddadi bazasına dron hücumları edilib. “Əl Məyadin” kanalının məlumatına görə, bundan əvvəl ABŞ-ın Suriyanın şərqindəki Əl Ömər neft yatağının yanında yerləşən digər bazası da dron hücumuna məruz qalıb. Həmin hücuma görə də məsuliyyəti “İraq islam müqaviməti” hərəkatı öz üzərinə götürüb. Hərəkatın təmsilçisi Cəfər əl Hüseyni telekanala açıqlamasında deyib: “Mücahid dəstələri Qəzza bölgəsindəki fələstinli qardaşlarının tərəfindədirlər və onları dəstəkləmək üçün Amerikanın bazalarına zərbələr endiriblər”.
İŞİD terrorunun Suriyada yaratdığı xaosdan sonra, 2015-ci ildən bəri ABŞ Suriyanın şimalında neftlə zəngin rayonlarda 9 hərbi baza qurub. Onların ən böyüyü Tel Beydarda, Haseke inzibati mərkəzindən şimalda, paytaxt Dəməşq şəhərindən 620 km məsafədə yerləşir.
Hürr Tərcüman
