ABŞ-ın Suriya ilə bağlı qərarı: Sezar Qanunu tarixdir
2025-12-19 23:04:20
Hurriyyet.az xəbər verir ki, ABŞ Sezar Qanunu çərçivəsində Suriyaya qarşı sanksiyaları ləğv edib. Ankara qərarı alqışlayıb. Xarici İşlər Nazirliyi və AK Partiya rəsmiləri bu addımın Suriyanın yenidən qurulmasına və sabitliyinə, eləcə də regional sülhə töhfə verəcəyini vurğulayıblar. ABŞ Sezar Qanunu çərçivəsində Suriyaya tətbiq edilən sanksiyaları ləğv edib. 2019-cu ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın imzası ilə qüvvəyə minən "Sezar Sanksiyaları" kimi tanınan Suriya Mülki Müdafiə Qanununun ləğvi Ankarada məmnuniyyətlə qarşılanıb.
NURAY
