ABŞ-ın Paşinyan üzərindən Moskvanı qıcıqlandırmaq cəhdi – Nensi Pelosi Ermənistana niyə gedir?

2022-09-16 22:15:00

ABŞ-ın Paşinyan üzərindən Moskvanı qıcıqlandırmaq cəhdi – Nensi Pelosi Ermənistana niyə gedir?

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi yaxın günlərdə Ermənistana səfər edəcək. Onun Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcəyi deyilir. 

Bir müddət əvvəl ABŞ Mərkəzi kəşfiyyat orqanının rəhbəri də gizli şəkildə Ermənistana səfər etmişdi. Bundan əlavə, bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan da ABŞ-a səfər etmişdi. ABŞ rəsmilərinin yaxın zamanlarda bir-birininin ardınca Ermənistana reallaşdırdıqları səfərlər diqqət çəkməyə bilməz. Aydindir ki, Vaşinqtonun Cənubi Qafqazda xüsusi maraqları var.  Görünən odur ki, Vaşinqton İrəvan üzərindən bölgədə mövqelərini gücləndirməyə çalışır. Minsk Qrupunun varlığını qorumaq üçün səsləndirilən cəfəng fikirlərin səbəbi məhz budur. 

Pelosi İrəvana səfər etməklə, bir tərəfdən Qərbin maşası olan Paşinyana dəstək nümayiş etdirməyə çalışırsa, digər tərəfdən də Rusiya mesaj verir ki, Paşinyan həm də bizim yanımızdadır.  Burada  Moskvanı qıcıqlandırmaq cəhdi özünü açıq-aydın göstərir. ABŞ istəyir ki, Ermənistanı Rusiyanın caynağından qurtarsın. Ancaq Moskva da bunun fərqindədir və buna görə də onlar İrəvanı asanlıqla Vaşinqtonun qucağına atası deyil. Hələlik bunun baş verməsi də real görünmür. Paşinyan özü də yaxşı bilir ki, Rusiyanı qıcıqlandıracaq addımların atılması ona baha başa gələ bilər. Ancaq o da öz oyuinunu oynayır. Rusiyanı anlagtmağa çalışır ki, istədiyimi verməsən, ABŞ-ın ətəyinə sığınacam.

Pelosinin səfərinin Rusiyada qıcıq doğuracağı şübhəsizdir. Çox ehtimal ki, onun səfərindən sonra Moskva İrəvana nümayəndə göndərəcək və ya rəsmi şəxsləri vasitəsilə telefon danışığı həyata keçirib Paşinyandan söhbətin məğzini barədə izahat tələb edəcək. 

Pelosinin ABŞ-da erməni lobbisi ilə yaxın əlaqələri var. Məhz onun İrəvana səfərində həmin lobbinin xüsusi payının olduğunu qeyd edə bilərik.Yeri gəlmişkən, bu ilin noyabrında ABŞ-da parlament seçkiləri keçiriləcək. Pelosinin səfəri həm də üzvü olduğu Demokrat Partiyasına  erməni lobbisinin  dəstəyini qazanmaq məqsədi də daşıya bilər.  

Daşqın Həsənov
Missiya.Az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059735