Saat:07:00
Haqqımızda

ABŞ-ın Kiyevdəki səfirliyi təcili bağlandı - "Bu gün Rusiya Ukraynaya güclü zərbə endirəcək. Gizlənin"

2024-11-20 12:34:22

ABŞ-ın Kiyevdəki səfirliyi təcili bağlandı -

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı güclü hava hücumu hazırladığı barəsində informasiya əldə edən ABŞ Kiyevdəki səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin X şəbəkəsindəki səhifəsində verilib.
ABŞ diplomatiyasının Ukraynadakı nümayəndəliyinin məlumatında deyilir: "ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də çox güclü hava hücumunun edilməsi ehtimalı barəsində konkret informasiya əldə edib. Ehtiyat tədbiri olaraq səfirlik əməkdaşlarına daldalanmaq tövsiyə edilib. Səfirlik ABŞ vətəndaşlarını hava həyəcanı elan ediləcəyi halda dərhal gizlənmətə hazır olmağa çağırır".
Ukrayna tərəfi də hücum ehtimalını təsdiqləyib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə şöbəsinin spikeri Andrey Kovalenko deyib: "Rusiyalılar uzun müddət Ukraynaya ardıcıl zərbələr endirmək məqsədilə raket ehtiyatları toplayıblar. Bunlar istehsalını davam etdikləri X-101 raketləri, "Kalibr"lər və ballistik raketlərdir. Aviasiya da, strateji aviasiya aerodromlarındakı  və anbarlardakı raket ehtiyatları da hücumlara hazırdır".
O, ehtiyat tədbirləri görməyin və hava həyəcanlarına vaxtında reaksiya göstərməyin əhəmiyyətini qeyd edib.


Aranı qatıb aradan çıxmaq  


Xəbər verdiyimiz kimi, noyabrın 19-da ABŞ-ın icazəsi ilə Ukrayna Rusiya Federasiyasının ərazilərinə Amerikanın ATACMS raketləri ilə zərbə endirib.
Elə həmin gün Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - Nüvə gücünün qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.226943