ABŞ-ın keçmiş rəsmisi Bayden hökumətini İranla nüvə danışıqlarını təcili dayandırmağa çağırdı

2022-06-24 14:07:00

ABŞ-ın keçmiş rəsmisi Bayden hökumətini İranla nüvə danışıqlarını təcili dayandırmağa çağırdı

ABŞ-ın keçmiş vite-prezidenti Mayk Pens ölkə prezidenti Co Baydeni İranla nüvə anlaşmasının canlandırılması ilə bağlı müzakirələri dərhal dayandırmağa səsləyib.
Pens bu barədə iyunun 23-də Albaniyada Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü ilə görüşdə məlumat verib. O deyib: "Bayden və onun hökuməti Tramp administrasiyasının Tehranda hakim diktatura rejimi üzərində əldə etdiyi bütün uğurlarını məhv edir".
"Bizim İran xalqının diktator rejimindən qurtulması və azad, abad və demokratik bir İranın yaranması kimi birgə hədəfimiz var", - deyə Mayk Pens vurğulayıb.
Onun fikrincə, nüvə anlaşmasının dirçəldilməsi İranın atom silahı əldə etməsinin qarşısını almayacaq, əksinə rejimin bu cür silahlar istehsal etməsinə zəmin yaradacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya