ABŞ-ın İsraildəki səfiri: ABŞ ilə İsrail arasındakı bağ ayrılmazdır

2023-04-20 12:27:00

ABŞ-ın İsraildəki səfiri: ABŞ ilə İsrail arasındakı bağ ayrılmazdır

ABŞ-ın İsraildəki səfiri Nayds Tel-Əvivlə Vaşqinton arasında soyuqluq dövrünün varid olmasına münasibətlə məsələyə aydınlıq gətirib. Bu barədə "Makor rishon" nəşri məlumat verir.

Səfir mövzuya dair açıqlamasını belə ifadə edib: “ABŞ və İsrail arasındakı bağ ayrılmazdır... Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və onun təhlükəsizliyini təmin etmək üçün İsraillə birlikdə çalışacağıq. İsrail min illər boyu mövcud olmağa davam edəcək və biz bunu təmin etmək üçün orada olduğumuzdan əmin olacağıq”. Belə ki, amerikalı diplomat İran rəsmilərinin və İran mətbuatında dərc olunan çoxsaylı bəyanatlara cavab verib ki, İsraildə baş nazir Netanyahunun aparmağa çalışdığı məhkəmə-hüquq islahatına qarşı kütləvi etirazlar guya yəhudi dövlətinin tezliklə dağılacağı və yox olacağından xəbər verir.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.220993