Saat:04:20
Haqqımızda

ABŞ-ın əsl hədəfi Türkiyədir? Təqaüddə olan polkovnikin açıqlaması

2021-11-30 14:27:00

ABŞ-ın əsl hədəfi Türkiyədir? Təqaüddə olan polkovnikin açıqlaması

Hurriyyet.az xəbər verir ki,  ABŞ-ın Türkiyə ilə həmsərhəd rayonlarda –  Yunanıstanın Dedeağac  ərazisində hərbi gücünü artıqdığı, ictimaiyyətdə “ABŞ-ın əsl hədəfi Türkiyəmi?” suallarını doğurub. Türkiyədə təqaüddə olan kəşfiyyat polkovniki Coşkun Başbuğ ABŞ-ın birbaşa Türkiyəni hədəfə almadığını söyləyib: “ABŞ sadəcə Dedeagac deyil, Bolqarıstan və Rumıniya da daxil olmaqla, öz qüvvələri ilə Rusiyanı Qaradəniz bölgəsində mühasirəyə almaq yollarını axtarır”.

Başbuğ deyib: “ABŞ-ın Yunanıstan ilə ikitərəfli yaxınlaşması iki ölkənin də düşdüyü aciz vəziyyətin nəticəsidir. Yunanıstanın hökmən birinə sarılması lazımdır. Fobiyaya çevrilmiş Türkiyə qorxusu ölkəni  özbaşına hərəkət etməyəcək vəziyyətə gətirib. Yunanıstanda Türkiyə düşmənliyi dövlət siyasətinə çevrilib. ABŞ-a baxdığınız zaman Yunanıstan tam əyninə biçilmiş kaftandır. Miçotakis ölkənin açarını ABŞ-a təslim edib. Burada qarşılıqlı təsirlər bir-birini tətikləyib. ABŞ üçün də ələ keçməz fürsətdir. Həm Türkiyəni, həm də Rusiyanı mühasirəyə almış olur”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR