Saat:22:50
Haqqımızda

ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib

2024-07-29 22:05:35

ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib

ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə ölkənin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları keçib.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, Konqresin Büdcə Ofisi ölkənin dövlət borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini proqnozlaşdırır.

Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Ofisin hesablamalarına görə, 2029-2034-cü illərdə ABŞ-da ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.

2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb. Bayden 3 iyun 2023-cü ildə Konqres tərəfindən milli borc tavanını artırmaq üçün daha əvvəl təsdiqlənmiş qanun layihəsini imzalamışdı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173805