ABŞ-ın bu silahı yoldaca məhv edilməlidir – Korotçenko

2022-06-02 12:54:00

ABŞ-ın bu silahı yoldaca məhv edilməlidir – Korotçenko

Müasir silahların, yəni HIMARS və MLRS-in Ukraynaya verilməsi Rusiya ərazisində olan strateji obyektlər, eləcə də şəhərlər üçün böyük təhlükə olduğunu göstərir.

Bu fikirləri Axar.az-a tanınmış rusiyalı hərbi ekpert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Ötən gün Ağ Ev sözçüsü ABŞ-ın Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etdiyini açıqladı. Silahlar arasında müasir HIMARS raket sistemləri də var. Burada bizim üçün ciddi narahatlıq yaradan amil məhz uzaqmənzilli bu raket kompleksinin Ukraynaya çatdırılmasıdır. HIMARS yaxın və uzaq zonalarda zərbələr endirməyə qadir çox güclü silahdır. Bu silahların Ukraynaya çatma ehtimalının qarşısını almaq üçün Rusiya Ukraynanın cənubunda və qərbində mühüm nəqliyyat və logistika infrastrukturlarına zərbələri gücləndirməlidir. Əks təqdirdə bu raketlər ilə Rusiya şəhərləri vurulacaq”, - deyə Korotçenko bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya