ABŞ-ın bu raketinin sınağı yenə uğursuz oldu
2021-07-31 16:34:00
ABŞ-ın AGM-183A Air-Launched Rapid Response Weapon raketinin sınağı ikinci dəfə uğursuzluğa düçar olub.
Axar.az xəbər verir ki, bu məlumatı “The Drive” nəşri yayıb. Məlumata görə, raket B-52 təyyarəsindən atılan zaman mühərriki işə düşməyib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın bu raketinin 20 dəqiqədən az müddətə Moskvaya, yarım saata isə Pekinə çatmaq gücündə olduğu bildirilmişdi.