Saat:06:58
Haqqımızda

ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək

2025-01-22 09:32:01

ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək

ABŞ-da neft hasilatının gələcəkdə artımı digər neft ixrac edən ölkələrə mənfi təsir göstərəcək.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ-ın yeni Prezidenti Donald Trampın neft hasilatını artırmaq istəyi haqda qeyd edib.

İqtisadçı bildirib ki, Amerikanın çox böyük neft ehtiyatları var:

“Hazırda ən çox neft hasil edən ölkə olmasına baxmayaraq, neft potensialını sonuna qədər istifadə etmir. ABŞ-da gündəlik neft hasilatı 13,6-13,7 milyon barreldir. Hazırda hasilatın gündəlik 15,5-16 milyon barrelə çatdırılması düşünülür. Bu isə təbii ki, dünyada neft qiymətlərinə mənfi təsir göstərəcək. Neft qiymətlərinin ucuzlaşması Trampa ABŞ-da inflasiyanı aşağı salmağa imkan verəcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229705