Saat:13:42
Haqqımızda

ABŞ ilk dəfə olaraq Ukrayna sərhədi yaxınlığında strateji bombardmançı təyyarələr yerləşdirib

2024-07-23 20:07:56

ABŞ ilk dəfə olaraq Ukrayna sərhədi yaxınlığında strateji bombardmançı təyyarələr yerləşdirib

"Tarixdə ilk dəfə olaraq Amerikanın strateji bombardmançı təyyarələri Rumıniya ərazisindən hərbi əməliyyatlar həyata keçirəcək..."

Belə "B-52" təyyarələri adətən ABŞ-ın Luiziana ştatında yerləşdirilir

ABŞ Rumıniyada "Bomber Task Force Europe" əməliyyatında iştirak etmək üçün iki "B-52H" strateji bombardmançı təyyarə yerləşdirib.

Bu barədə ABŞ ordusunun Avropa komandanlığı məlumat verib. Məlumatı "24tv.ua" nəşri yayıb.

Adətən ABŞ-ın Luiziana ştatındakı Barksdeyl aviasiya bazasında yerləşdirilən bombardmançı təyyarələr iyulun 21-də Ukraynanın Odessa vilayəti ilə sərhəddən təxminən 100 km aralıda yerləşən Mixail Koqalniçyanu aviasiya bazasında yerləşdirilib. 

Qeyd edilir ki, beynəlxalq hüquq çərçivəsində Barents dənizinin neytral suları üzərində uçuşlar zamanı bu bombardmançıların ələ keçirilməsi üçün Rusiya özünün iki təyyarəsini göndərib.

Lakin bombardmançı təyyarələr öz yolunu dəyişməyib və uçuşu insidentsiz olaraq planlaşdırlan marşrutla davam edib.

"Yerləşdirildikdən sonra onlar 20-ci ekspedisiya bombardmançı eskadrilya kimi fəaliyyət göstərəcək və NATO üzrə müttəfiqləri və digər beynəlxalq tərəfdaşlarla imkanların uzlaşdırılması və ABŞ-ın Avropa komandanlığının məsuliyyət zonasında təhlükəsizlik üzrə öhdəliklərin icrasını təmin etmək üçün inteqrasiya ediləcək", - məlumatda deyilir.

Qeyd edilir ki, tarixdə ilk dəfə olaraq Amerikanın strateji bombardmançı təyyarələri Rumıniya ərazisindən hərbi əməliyyatları həyata keçirəcək.

Qeyd edilir ki, ABŞ-ın strateji bombardmançılarının Avropada müntəzəm olaraq yerləşdirilməsi ABŞ və NATO-nun digər ölkələrinin Alyans çərçivəsində və digər tərəfdaşlarla təhlükələrin qarşısının alınması və Alyansın müdafiə edilməsi üçün inteqrasiyaya hazır olması, buna köklənməsi və yaxşı hazırlıq keçməsini nümayiş etdirir.

NATO özünün şərq sərhədlərini gücləndirir

Xəbər verildiyi kimi, Almaniya Rusiya ilə müharibə olacağı halda NATO qoşunlarının yerdəyişmə planlarını işləyib hazırlayır.

Berlin öz ərazisindən Rusiya ilə münaqişənin baş verəcəyi tədqirdə NATO-nun 800 min hərbi qulluqçusunu göndərməyə hazırlaşır.

Həmçinin məlumat verilib ki, Polşanın şimalında ballistik raketlərin aşkar edilib ələ keçirilməsi üçün nəzərdə tutulan ABŞ-ın yeni hava hücumundan müdafiə bazası meydana çıxıb.

NATO-nun Vaşinqtonda keçirilən sammitində Alyans rəhbəri Yens Stoltenberq deyib ki, bazanın hazırlığı ballistik raketlərdən artan təhlükə qarşısında Transatlantik təhlükəsizlik üçün mühüm addımdır. \\Moderator.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.331943