ABŞ ilk addımı atdı: rus neftindən imtina başladı

2022-06-06 09:14:00

ABŞ ilk addımı atdı: rus neftindən imtina başladı

ABŞ iki Avropa şirkətinə Venesueladan Avropaya neft tədarükünə icazə verib. Qərar Rusiyanın enerji resurslarından asılılığı azaltmaq üçün qəbul edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti təxminən bir ay əvvəl Venesuela neftinin Avropaya tədarükünü bərpa etmək üçün İtaliyanın "Eni" və İspaniyanın "Repsol" şirkətlərinə müraciət edib. İlk tədarüklər gələn ay mümkün olacaq.

Proqnozlara görə, "Eni" və "Repsol" böyük həcmdə tədarük təmin edə bilməyəcək, ona görə də neftin qiymətinə ciddi təsir olmayacaq. Eyni zamanda, Venesuela birbaşa gəlir əldə etməyəcək, çünki pul borcun ödənilməsinə gedəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya