ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - Gürcüstanın Baş naziri
2024-09-18 11:40:31
ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazir İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Dunniqanla görüşü zamanı deyib.
“Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, - Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.