ABŞ ilə İsrail qüvvələri husilərin hədəfində - Vurdular
2025-04-21 14:37:41
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər ABŞ aviadaşıyıcı gəmilərini və İsrailin obyektlərini vurublar.
Bu barədə Yəməndəki husilərin silahlı qüvvələrinin təmsilçisi Yəhya Saria məlumat verib: "Raket qüvvələri ilə PUA sistemi qüvvələri iki qanadlı raket və iki dronla "Harry Truman" aviadaşıyıcısını, onunla bağlı gəmiləri Qırmızı dənizin şimal hissəsində vurublar. İkinci əməliyyat isə hərbi-dəniz qüvvələri, raket qüvvələri və limanların PUA sistemləri qüvvələri tərəfindən aparılıb".
Hürr Tərcüman
