Saat:13:25
Haqqımızda

ABŞ ilə İranın Suriya torpaqlarında savaşı

2023-03-24 11:10:00

ABŞ ilə İranın Suriya torpaqlarında savaşı

ABŞ bazasına hücum – ölən və yaralananlar var

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) martın23-də yerli vaxtla saat 13.30-da İrana məxsus bir kamikadze dron vasitəsi ilə Suriyanın Haseke vilayətindəki ABŞ hərbi bazasına hücum edildiyini, hücum nəticəsində bazanın 1 nəfər əməkdaşının öldüyünü, 1 nəfər əməkdaşının və 5 nəfər ABŞ hərbçisinin yaralandığını bəyan edib. Yaralı hərbçilərdən ikisinə hərbi bazada yardım edilib, digər 3 hərbçi və 1 nəfər əməkdaş müalicə edilmək üçün İraqda İŞİD-ə qarşı koalisiyaya məxsus tibb müəssisələrinə aparılıb.

Açıqlamada hücum edən PUA-nın İrana məxsus olduğu bildirilir.

ABŞ Müdafiə naziri Lloyd Ostinin bəyanatında deyilir: “Prezident Baydenin göstərişi ilə ABŞ Mərkəzi Komandanlığı qüvvələrinə İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli qrupların istifadə elədikləri bazalara hava hücumları edilməsi səlahiyyəti verdim. Bu hücum martın 23-də bizə edilən hücum ilə yanaşı, İİKK ilə əlaqədar qruplar tərəfindən Suriyadakı Koalisiya qüvvələrinə qarşı son dövrdə edilən bir sıra hücumlara cavab olaraq həyata keçirildi”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR