Saat:15:44
Haqqımızda

ABŞ ilə Gürcüstan arasında razılaşma imzalandı

2021-10-18 17:26:00

ABŞ ilə Gürcüstan arasında razılaşma imzalandı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu gün Pentaqonun rəhbəri Lloyd Ostin ilə Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze “Gürcüstan üçün müdafiənin gücləndirilməsi və ehtiyat tədbirləri təşəbbüsü” razılaşmasını imzalayıblar.

Sənədin imzalanmasından sonra keçirilən mətbuat konfransında Ostin bu təşəbbüsün iki ölkənin müdafiə nazirliklərinin əməkdaşlığının əsas məğzinə çevriləcəyini bildirib: “Bu, ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığının yüksək fazaya çıxması deməkdir”. 

Razılaşma Gürcüstanın Müdafiə Nazirliyinin və onun strukturunun möhkəmləndirilməsi, ordunun imkanlarının inkişafı və briqadalar səviyyətində birgə təlimlərin keçirilməsini nəzərdə tutur.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR