Saat:20:59
Haqqımızda

ABŞ ilə Çin arasındakı “şar məsələsi” nədir? Pentaqon şara niyə toxunmayıb?

2023-02-03 20:55:00

ABŞ ilə Çin arasındakı “şar məsələsi” nədir? Pentaqon şara niyə toxunmayıb?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, fevralın 3-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinə məxsus kəşfiyyat hava şarının ölkə səmasında (Montana ştatında) çox ucadan uçduğunu və Amerika ordusunun hava şarını təqib elədiyini bildirib. Bununla əlaqədar Çinin Vaşiqntondakı səfirinin ABŞ XİN-ə çağrıldığı bildirilir.  

Pentaqonun mətbuat katibi Patrik Rayder hava şarının mülki aviasiya xəttindən çox yüksəkdə olduğunu və yerdəki insanlar üçün təhdid yaratmadığını, onun kəşfiyyat məlumatı toplamaması üçün lazımi tədbirlərin görüldüyünü bəyan edib.

Mətbuatın yazdığına görə, şar bir neçə gün bundan əvvəl ABŞ hava məkanına daxil olub.

Rayderdən sonra jurnalistlərə açıqlama verən və adının anonim qalmasını istəyən bir nəfər Pentaqon əməkdaşı deyib: “Bu yüksəkdən ucan müşahidə balonunun Çinə məxsus olması məsələsində əminik. Bir neçə il əvvəl də bu cür balonlar müşahidə edilmişdi. Prezident (Cozef) Baydenə bu barədə məlumat verildi və hərbi addım atmaq tələb edildi. Müdafiə naziri Lloyd Ostin Filippinə gedərkən müdafiə rəhbərliyini topladı. Baş Qərargah rəisi general Mark Mayli və Şimali Amerika Aerokosmik Komandanlığının (NORAD) başçıxı Van Herk şarın parçalarının düşəcəyi yerdə baş verəcək risklərə görə şara hücum eləməməyi tövsiyə ediblər”.

Xəbər verdiyimiz kimiBirləşmiş Ştatların səmasında Çinin casus şarının görünməsi ilə əlaqədar ABŞ rəhbərliyi ölkənin Dövlət katibi Entoni Blinkenin Çinə səfərinin təxirə salınması imkanlarını nəzərdən keçirir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR