Saat:06:40
Haqqımızda

ABŞ ilə Britaniya Yəməni atəşə tutublar

2024-02-05 09:50:38

ABŞ ilə Britaniya Yəməni atəşə tutublar

Hurriyyet.az xəbər verir ki, ABŞ ilə Böyük Britaniyanın Silahlı Qüvvələri Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan husilərin obyektlərinə növbəti dəfə hücumlar ediblər.
Bu barədə məlumatı husilərin "Əl Məsirah" telekanalı verib. Açıqlamada Yəmənin Hudeyda və Səəda vilayətlərinin hücuma məruz qaldğı bildirilir. Hudeyda vilayətinin Əz Zaydiya şəhərinə və Ras-İsa limanının ərazisinə azı 11 zərbə, Səədanın inzibati mərkəzinə isə 4 zərbə endirilib.
Qeyd edək ki, ABŞ ilə Böyük Britaniyanın Silahlı Qüvvələri bundan əvvəl də Yəmənə ardıcıl zərbələr endiriblər.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.312228