ABŞ hərbi təlimçiləri yenidən Ermənistana gediblər
2024-04-01 15:27:19

Hurriyyet.az xəbər verir ki, Ermənistan ilə Amerika arasında müdafiə əməkdaşlığı çərçivəsində ABŞ-ın bir qrup mobil təlimatçısı Ermənistana səfər edib. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi verib.
Məlumatda bildirilir ki, təlimatçılar aprelin 1-dən 5-dək Ermənistan Respublikası Müdafiə Nazirliyinin inzibati kompleksində “Zinuc Media” dövlət müəssisəsinin və Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları ilə “ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi üzrə təlimlər” keçirəcəklər.
Hürr Tərcüman
