ABŞ hərbi bazasına PUA hücumu - 2 nəfər öldü
.jpg)
ABŞ-ın Suriyadakı Əl-Tanf hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Komandanlığı məlumat yayıb.
Komandanlığın press-relizindən məlum olduğu kimi, baza 3 pilotsuz PUA ilə hücuma məruz qalıb, onlardan ikisi vurulub, biri zərbə endirib.
Hücum nəticəsində amerikalı əsgərlərdən heç biri xəsarət almayıb, ABŞ-ın Suriyadakı tərəfdaşları olan "Suriya Azad Ordusu"ndan 2 suriyalı döyüşçü həlak olub.
CENTCOM-un sözçüsü Co Buççino bu cür hücumu “qəbuledilməz” adlandırıb: “Onlar bizim əsgərlərimizi və tərəfdaşlarımızı riskə ataraq, İŞİD-lə mübarizəni təhlükə altına qoyurlar”.
Əl-Tanf bazası Suriyada İraq və İordaniya sərhədləri yaxınlığında yerləşir. ABŞ hərbçiləri bunun İŞİD-ə qarşı antiterror əməliyyatları aparmaq və suriyalı müxalif döyüşçülərə təlim keçmək üçün istifadə edildiyini bildiriblər. (yenisabah)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya