ABŞ hərbçiləri Suriyada İran PUA-sını vurdular - Foto

2023-02-15 10:44:00

ABŞ hərbçiləri Suriyada İran PUA-sını vurdular - Foto

Amerikalı hərbçilər Suriyada İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) vurublar. 

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tviter hesabında paylaşıb. 

Məlumata görə, PUA ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən hərbi bazasının yaxınlığında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib. 

Bununla yanaşı, “CENTCOM” PUA-nın vurulmazdan əvvəlki və sonrakı fotosunu da paylaşıb. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191246