Saat:03:06
Haqqımızda

ABŞ Gürcüstanın müdafiə qabiliyyətinin artmasına kömək edəcək

2021-10-18 13:20:00

ABŞ Gürcüstanın müdafiə qabiliyyətinin artmasına kömək edəcək

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Pentaqon başçısının Tbilisiyə səfəri zamanı iki ölkənin Müdafiə Nazirlikləri arasında razılaşma imzalanacaq.

ABŞ Müdafiə naziri Lloyd Ostin bu gün Tbilisiyə gəlib.

Pentaqon rəhbərinin Gürcüstana səfəri çərçivəsində Gürcüstan ilə ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanması gözlənilir. 

Ostin “Tvitter” səhifəsindəki açıqlamasında Birləşmiş Ştatların bu müqaviləni imzalamaqla Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasına və Avroatlantika alyansına inteqrasiyasına kömək eləməyə çalışdığını bildirib. Pentaqonun rəhbəri yazıb: “Gürcüstanda keçiriləcək görüşləri səbrsizliklə gözləyirəm”.

Pentaqon rəhbərini Tbilisi aeroportunda gecə saatlarında Gürcüstanın Müdafiə naziri ilə ABŞ səfiri qarşılayıb.

Bu gün Ostin gürcü həmkarı Cuanşer Burçuladze və Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək. 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR