ABŞ Gürcüstana milyonlarla dollar ayıracaq

2022-04-27 18:12:00

ABŞ Gürcüstana milyonlarla dollar ayıracaq

Ukraynaya yardım isə milyardlarla ölçülür

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Gürcüstanın müdafiə qabiliyyətini yüksəltmək və Rusiya tərəfindən gələcək təhdidlərdən qorumaq üçün Gürcüstana 35 milyon dollar vəsait ayıracaq. “Amerikanın səsi” radiosunun verdiyi məlumata görə, bu, ABŞ-ın Rusiyanın Ukraynadakı müharibəsinə cavab olan növbəti yardım paketinə daxil olacaq.

ABŞ Dövlət Departamentinin nümayəndəsi “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, xarici hərbi maliyyələşdirmə üçün ayrılmış 713 milyon dollardan 322 milyon dolları Ukraynanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün istifadə ediləcək. Qalan vəsait isə Balkan bölgəsi, Mərkəzi və Şərqi Avropa dövlətlərinə, o cümlədən, Gürcüstana ayrılacaq.

Yeni yardım paketi də hesaba alınsa, ABŞ Ukraynaya Rusiyanın müdaxiləsi başlanandan bəri 3,4 milyard dollara yaxın, Bayden hakimiyyəti iqtidara gələndən isə 4,3 milyard dollardan artıq hərbi yardım edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya