ABŞ “Green Card”ın verilməsini dayandırdı
Amerika Birləşmiş Ştatları “Green Card” (Yaşıl kart) lotoreyasının oynanılmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Hurriyyet.az xəbər verir ki, bunu ölkənin daxili təhlükəsizlik üzrə naziri Kristi Noem bildirib.
Məlumata görə, bir neçə gün əvvəl Birləşmiş Ştatların nüvə alimi Nuno Laurero evində qətlə yetirilib.
İlkin araşdırmayla alimin qatilinin ABŞ-yə “Green Card”la gəlməsi müəyyənləşib. Bundan sonra Ağ Ev rəhbərliyi “Green Card”ın dayandırılması barədə göstəriş verib.
“Prezident Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, - nazir bildirb.
Qeyd edək ki, “Green Card” 1990-cı ildən bəri ABŞ-də tətbiq olunan miqrasiya lotoreyasıdır. Bu lotoreya hər il 50 min nəfəri əhatə edir.
Yenisabah.az
