ABŞ gizli hərbi missiya üçün kosmosa daşıyıcı-raket buraxıb

2023-01-17 13:37:00

ABŞ gizli hərbi missiya üçün kosmosa daşıyıcı-raket buraxıb

ABŞ gizli hərbi missiya üçün kosmosa daşıyıcı-raket buraxıb. Belə ki, "SpaceX" şirkəti 67 tona qədər çəkidə yük daşıya bilən "Falcon Heavy" super ağır daşıyıcı aparatını uğurla kosmosa çıxarıb. O, orbitə Yerdən təxminən 35 min km məsafədə yerləşəcək hərbi rabitə peykini və daha 5 əlavə yük çıxarıb.
Daşıyıcı-raket bazar ertəsi gecə Floridadakı Kennedi Mərkəzindən ABŞ Kosmik Qüvvələrinin gizli missiyasının bir hissəsi kimi buraxılıb.
Əsas yük Yerdən 35 700 km hündürlükdə geostasionar orbitdə yerləşdirilməsi gözlənilən "Continuous Broadcast Augmenting SATCOM 2" (CBAS-2) peykidir. "CBAS-2" ABŞ ordusu üçün rabitə relesidir və mövcud qruplaşmanı tamamlayacaq. Bundan əlavə, altı kiçik peyki çatdırmaq üçün nəzərdə tutulmuş "Long Duration Propulsive ESPA (LDPE)-3A" faydalı yük adapteri kosmosa buraxıldı.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.245355