ABŞ gəmisinə iki raket atılıb
2024-02-13 08:25:14

Hurriyyet.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin Birləşmiş Ştatların Qırmızı dənizdə, Babül Məndəb boğazında üzən "MV Star İris" adlı yük gəmisinə iki raket atdıqlarını bildirib. X şəbəkəsində verilmiş açıqlamada gəmidə kiçik zədələnmə olduğu, heyətin zərər çəkmədiyi xəbər verilir.
Hürr Tərcüman
