Saat:04:12
Haqqımızda

“ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner

2024-04-22 11:34:03

“ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner

“ABŞ gələn həftə Ukraynaya silah, o cümlədən “ATACMS” taktiki raketləri verməyə başlaya bilər”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə bildirdilər ki, prezident qanun layihəsini imzalayan kimi bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - o, “CBS” telekanalının efirində bildirib.

Uorner aydınlaşdırıb ki, yardım paketinə uzaqmənzilli silahlar, o cümlədən “ATACMS” da daxil olacaq. O, həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə mübarizəyə müdafiə büdcəsinin cəmi 3%-ni xərcləyir və öz ordusundan istifadə etmir. 

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240710