Saat:00:13
Haqqımızda

ABŞ gələn aydan sərhədlərini açacaq

2021-10-15 17:31:00

ABŞ gələn aydan sərhədlərini açacaq

Hurriyyet.az xəbər verir ki, ABŞ administrasiyası 8 noyabr tarixindən etibarən 30-dan artıq ölkənin Kovid-19 peyvəndi vurulmuş vətəndaşı üçün sərhədlərin açılacağını bildirib. Bu barədə məlumatı mətbuata Ağ Evin adının açıqlanmasını istəməyən əməkdaşı verib. Mənbənin sözlərinə görə, məhdudiyyətlərin ləğv edilməsi ABŞ-ın həm hava, həm də quru sərhədlərinə şamil ediləcək.

ABŞ-da sərhəd məhdudiyyətləri 2020-ci ilin martından tətbiq edilməyə başlanıb.

Birləşmiş ştatlarda indiyə kimi, 45,6 milyon koronavirusa yoluxma, bu xəstəlikdən 741,8 min ölüm halı qeydə alınıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR