“ABŞ gələcəkdə Qəzzaya soxulmaq üçün…” - EKSPERT
“Qəzza Humanitar Fondunun fəaliyyətini dayandırması bir tərəfdən artıq Qəzzada humanitar böhranın guya, tükəndiyinin əlaməti kimi qəbul oluna bilər”.
Bu barədə Hurriyyet.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov deyib.
“Yəni belə bir ictimai rəyin hesablanmasına hesablanmış addımdır. Guya, Qəzzada heç bir humanitar böhran yoxdur və bu fonda da ehtiyac yoxdur. Yəni bir tərəfdən siyasi manipulyasiya kimi qiymətləndirilə bilər”,- deyə ekspert əlavə edib.
K. Novruzovun sözlərinə görə, ikinci tərəfdən siyasi oyunların təzahürü kimi qiymətləndirə bilərik: “Yəni məsələ ondan ibarətdir ki, ABŞ gələcəkdə Qəzzaya soxulmaq üçün və orada müəyyən investisiya layihələri həyata keçirmək, öz təsir imkanlarını artırmaqdan ötrü yeni bir formada, yəni başqa bir fond və ya təşkilat adı ilə ora girə bilər. Bəlkə də bu fondun ləğvi ona hesablanıb. Üçüncü bir tərəfdən bu, ola bilsin ki, ABŞ-İsrail arasında davam edən hansısa proseslərin nəticəsidir”.
Qeyd edək ki, Qəzza Humanitar Fondunun fəaliyyətini dayandırması barədə Fondun mətbuat xidmətinin “X” hesabında məlumat verilib.
CAVİD
