ABŞ Ekvadordan aldığı Rusiya texnikasını Ukraynaya verəcək
2024-02-09 12:23:29

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Ekvadordan alınan Rusiya hərbi texnikasını Ukraynaya verəcəklərini bəyan edib. Bu barədə açıqlamanı ABŞ dövlət katibinin Qərb yarımkürəsi işləri üzrə köməkçinin müavini Kevin Sallivan Ekvadorun "Teleamazons" telekanalına müsahibəsində verib.
Bundan əvvəl Ekvador Prezidenti Daniel Noboa 200 milyon dollarlıq yeni avadanlığın qarşılığında Rusiya və Ukrayna istehsalı olan texnikanı ABŞ-a verəcəklərini bildirmişdi.
Hürr Tərcüman
