Saat:17:29
Haqqımızda

“ABŞ Əfqanıstanda ordu saxlamaq üçün 20 il boyunca hər gün 300 milyon dollar xərcləyib”

2021-08-19 16:52:00

“ABŞ Əfqanıstanda ordu saxlamaq üçün 20 il boyunca hər gün 300 milyon dollar xərcləyib”

Hurriyyet.az xəbər verir ki, ABŞ Əfqanıstandakı əməliyyatlara 20 il ərzində hər gün 300 milyon dollar xərcləyib. Bu barədə açıqlamanı Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel verib. O, Avropa İttifaqının komitələrinin Əfqanıstanla bağlı keçirilən iclasında deyib: “ABŞ Əfqanıstanda hər gün 300 milyon dollarldan artıq pul xərcləyib”. 

Beləliklə, Birləşmiş Ştatların Əfqanıstanda öz hərbçilərini saxlamaq üçün xərclədiyi ümumi vəsait iki trilyon dollardan artıq olur.

Borrel baş vermiş hakimiyyət dəyişikliyinin hamı, o cümlədən, “Taliban” üçün də gözlənilməz olduğunu söyləyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.157985