ABŞ dövlət katibinin müavinindən Rusiaya XƏBƏRDARLIQ

2022-01-15 17:46:00

ABŞ dövlət katibinin müavinindən Rusiaya XƏBƏRDARLIQ

ABŞ prezidenti Co Baydenin administrasiyası Qərbdə Ukraynaya ehtimal edilən “Rusiyanın işğalı” halında 18 müxtəlif hərəkət ssenarisi hazırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu şənbə günü Britaniyanın “Financial Times” qəzetində dərc olunan müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Mən 18 fərqli ssenarini öncədən açıqlamağa hazır deyiləm. Sadəcə onu deyim ki, Rusiya hər hansı aqressiv addım atarsa, biz müttəfiqlərimizlə əka-reaksiya verməyə hazırıq”, - diplomat bildirib.

Nuland ABŞ və Avropa ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyalarının bir-birindən fərqli ola biləcəyini vurğulayıb.

"Bəzən nəsə bizim üçün Avropadan daha çətindir, bəzən isə əksinə".

Nuland deyib ki, ABŞ və Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda bir-birini dinləyiblər, lakin əslində ciddi müzakirəyə başlamayıblar.

Modern.az