ABŞ Dövlət katibinin müavini Qafqaza gəlir – Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri ilə görüşəcək

2022-06-11 14:24:00

ABŞ Dövlət katibinin müavini Qafqaza gəlir – Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri ilə görüşəcək

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid cari ilin 14-19 iyun tarixlərində Cənubi Qafqaza səfər edəcək. Bu barədə açıqlamanı ABŞ Dövlət Departamenti verib. Açıqlamada deyilir: “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid 14-19 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistana yola düşəcək. Səfərdə məqsəd ABŞ-ın Cənubi Qafqazda sülh, demokratiya və tərəqqi tərəfdarı olduğunu göstərməkdir... ABŞ Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu seçmək hüquqlarını dəstəkləyir”.

Donfildin 15-16 iyun tarixlərində Bakıda səfərdə olacağı və Azərbaycan Prezidenti İlham Əliyevlə, digər yüksək vəzifəli şəxslərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi bildirilir.

Açıqlamada deyilir: “Dövlət katibinin müavini səfər zamanı ABŞ-ın Azərbaycanla Ermənistan arasında sabit sülh istiqamətində diplomatik səyləri dəstəklədiyini bildirəcək, Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirəcək”.

Karen Donfridin iyunun 17-də Tbilisidə Gürcüstan Prezidenti S.Zurabişvili və Baş nazir İrakli Qaribaşvili, ardında İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanlar görüşü planlaşdırılır.

Qeyd edək ki, bu günlərdə ABŞ Dövlət katibi Entoni Blinken Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanla Ermənistanın sərhədlərinin demilitarizasiyası və demarkasiyası məsələlərində yardım eləməyə hazır olduğunu bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya