Saat:16:04
Haqqımızda

ABŞ Dövlət katibindən Ukraynaya çağırış: “Moskvanın sizi parçalamasına imkan verməyin” 

2022-01-20 12:12:00

ABŞ Dövlət katibindən Ukraynaya çağırış: “Moskvanın sizi parçalamasına imkan verməyin” 

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken “Moskvanın sizi bölməsinə imkan verməyin” sözləri ilə Ukraynaya çağırış edib. Blinken bu sözləri Ukranyanın Xarici İşlər naziri Dmitri Kuleba ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında söyləyib. Konfrans zamanı Kuleba deib: “Rusiya Ukraynanı təkcə silahlarla təhdid eləmir, eyni zamanda iqtisadiyyatla da təhdid edir. Maliyyə və iqtiadiyyat sistemlərinin təhlükəsizliklik təhdidlərindən təsirlənməməsi üçün səy göstəririk. Rusiyanın iqtisadi embarqolarına qarşı durmaqda Ukraynanı dəstəkləməyə hazır olduğu üçün ABŞ-a minnətdaram”.

Blinken isə öz növbəsində deyib: “Ukraynanın təhlükəsizliyi, rifahı, suverenliyi və müstəqilliyinə Rusiya tərəfindən zərər vurulur. Bu səfəri ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini yenidən göstərmək üçün etdik”.

ABŞ-ın dövlət katibi Ukraynanın birlik içərisində olmasının mühümlüyünü vurğulayaraq deyib: “Ukrayna cəmiyyəti milli maraqlar naminə fikir ayrılıqlarını bir kənara buraxaraq, qarşıdakı ağır günlər üçün birlikdə olmalıdır. Moskvanın sizi parçalamasına imkan verməyin”.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR