ABŞ Dövlət Departamentinin müşaviri İrəvandadır
2022-12-01 14:36:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker İrəvana gedib. Bu barədə məlumatı Amerikanın Ermnistandakı səfirliyi yayıb.
Rikerin səfərinin 1-4 dekabr müddətində davam edəcəyi gözlənilir. Proqrama məmurlarla və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər daxildir. Riker Vaşinqtonun Bakı ilə İrəvan arasındakı sülh danışıqlarını dəstəkləməsini də müzakirə eləmək niyyətindədir.
Diplomat bundan əvvəl Bakı və Tbilisidə səfərdə olub.
Hürr Tərcüman