Saat:08:23
Haqqımızda

ABŞ Dövlət Departamentinin əməkdaşı: “Qəzzadakı soyqırımında sizin də əliniz var, cənab Bayden”

2023-11-04 09:59:48

ABŞ Dövlət Departamentinin əməkdaşı: “Qəzzadakı soyqırımında sizin də əliniz var, cənab Bayden”

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin əməkdaşı Silviya Yakub “İks” (X – keçmiş “Tvitter”) sosial şəbəkəsində ABŞ Prezidenti Cozef Baydeninin Yaxın Şərqlə bağlı fəaliyyətini tənqid edib, onu soyqırımında iştirakda ittiham edib. “Aksios” (“Axios”) nəşrinin yazdığına görə, sonra Silviya xanım öz səhifəsinə girişi məhdudlaşdırıb. Dövlət Departamentinin əməkdaşı yazıb: “Siz Qəzzanın günahsız sakinlərinə fərq qoymadan hücum edən hökumətə çox böyük hərbi yardım edirsiniz... Genosiddə sizin də əliniz var, cəna prezident”. Silviya Yakub daha sonra vitse-prezident Kamala Harrisi “reallıqdan ayrı düşməkdə” ittiham edib.

“Aksios” nəşrinin yazdığına görə, ABŞ diplomatları rəhbərliyin siyasətindən narazılıqlarını idarə daxilində bəyanatlarla bildirə bilərlər. Yakub Fələstin-İsrail münaqişəsi ilə bağlı çağış edərək, imza toplamaq üçün məktub yayıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.569684