Saat:20:05
Haqqımızda

ABŞ Dövlət Departamentindən AÇIQLAMA: "Çin ABŞ-la silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı gələcək danışıqlardan imtina etdi"

2024-05-02 11:52:02

ABŞ Dövlət Departamentindən AÇIQLAMA:

Çin ABŞ-la silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı gələcək danışıqlardan imtina etdi. Bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. 
“Təəssüf ki, ÇXR növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara tutumlu cavab vermədi”, deyə Dövlət Departamenti qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, Vaşinqton Pekinə nüvə və kosmik sahədə münaqişə və ya eskalasiya riskləri ilə mübarizə üçün “ağıllı addımlar” təklif edib. Plana “ölkələr arasında kommunikasiyanın yaxşılaşdırılması”, həmçinin “ballistik raketlərin sınaqdan buraxılması üçün xəbərdarlıq sisteminin yaradılması” və “kosmosda gərginliyin azaldılması səyləri” daxildir.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Liu Penqyu Dövlət Departamenti nümayəndəsinin sözlərinə cavab olaraq, nüvə silahlarına nəzarət üzrə gələcək danışıqlar üçün böyük nüvə arsenalına malik ölkələri əhəmiyyətli dərəcədə azaltmağa çağırıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239377