ABŞ Dövlət Departamenti Rusiyadan Ukraynadan keçən kəmərdən qaz ötürülməsini artırmağı tələb etdi
Rusiya Ukraynadan Avropaya qaz ötürülməsini artırmalıdır, çünki bu qışı başa vurmaq üçün mövcud ehtiyatlar yetərli olmayacaq, - deyə ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Xoxşteyn "Bloomberg"də yayınlanan müsahibəsində bildirib.
O qeyd edib ki, Ukraynadan keçən qaz kəməri nəhəng ötürücülük qabiliyyətinə malikdir vəAvropanın qaz ehtiyacını təmin etmək üçün yetəridir. "Rusiya dəfələrlə bəyan etmşdir ki, onun bunu etmək üçün yetərli həddə qaz ehtiyatları var, əgər bu doğrudursa Ukrayna ərazisindən mümkün qədər tez qaz ötürülməsinə başlamalıdır", deyə Xoxşteyn bəyan edir.
Diplomat Rusiyanın oktyabr ayında Ukraynadan keçməklə əlavə qaz tranziti həcmi təmin etməməsinin narahatlıq doğurduğunu deyir. O bu davranışı Moskvanın "Şimal axını 2" qaz kəmərini tez zamanda istismara vermək istəyindən qaynaqlanan siyasi addım kimi qiymətləndirdi.
Ülviyyə, Hurriyyet.az